"Azerikimya"-nın modernləşdirilməsi yekunlaşır – Açıqlama

17:25 - 22.12.2020


22 dekabr, Fineko/abc.az. SOCAR-ın "Azerikimya" İstehsalat Birliyinin modernləşdirilməsi layihəsi başa çatmaq üzrədir.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Yəqin, gələn ilin ilk həftələrində layihənin əsas hissəsini ümumiləşdirə bilərik. "Azerikimya" İB-də işin son hissəsi – yeni buxar generatorunun tikintisi təxminən gələn ilin ortalarınadək davam edəcək", - İ. Əhmədov qeyd edib.

Layihədə çalışan işçilərin ortalama sayı sutkada 2 min nəfər olub ki, bunların 95%-ə qədəri yerli mütəxəssislərdir.

 

Other news