İxtisara yol verilməməsi üçün mütəmadi monitorinqlər keçirilib – Nazir

14:43 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclası keçirilib.

ABC.AZ-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda pandemiya dövründə ixtisarlar məsələsinə toxunub.

O deyib ki, özəl sektorda işçilərin ixtisarına yol verilməməsi üçün mütəmadi monitorinqlər həyata keçirilib. "Pandemiya dövründə dövlət orqanlarında çalışanların 80%-i işə çıxmasa da, onlara əməkhaqqıları ödənilib. Leqallaşan əmək müqavilələrinin sayı 12 % artıb” deyə nazir qeyd edib.

 

Other news