“AzerGold” faiz ödədi – 200 min ABŞ dolları bölüşdürüldü

10:15 - 25.12.2020


25 dekabr, Fineko/abc.az. Dekabrın 24-də “AzerGold” istiqrazlarının ilk rüblük faiz ödənişi həyata keçirilib.

ABC.AZ-ın “AzerGold”a istinadən verdiyi məlumata görə, ümumilikdə 200 min ABŞ dolları həcmində vəsait istiqraz sahibləri arasında bölüşdürülüb.

"Maliyyə bazarına təklif edilmiş istiqrazlar qeyri-neft sənayesinin liderlərindən biri olan “AzerGold” QSC-nin maliyyə mənbələrinin şaxələndirilməsi, yeni layihələrin icrasına yönəldilməsi ilə yanaşı ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmaq məqsədinə xidmət edir” deyə “AzerGold”-dan bildirilib.

Müəllif: Elmir Murad

 

Other news