On bir ayda Azərbaycanın ən çox ixrac etdiyi məhsullar – Siyahı

14:40 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. 2020-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) yenə də ilk sıradadır.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadən xəbər verir ki, sözügedən dövrdə xaricə 190,4 milyon ABŞ dolları dəyərincə ponidor satılıb.

İxracda ikinci yerdə qızılsır. Belə ki, 11 ay ərzində 183,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac olunub. Pambıq mahlıcının satışı isə 110,7 milyon ABŞ dolları dəyərində olub və ixrac sıralamasında üçüncü pillədədir.

Müəllif: Elmir Murad

 

Other news