On bir ayda ixracı artan mallar – Siyahı

14:55 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 549,5 milyon təşkil edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadən xəbər verir ki, sözügedən dövrdə pambıq lifi ixracı 111,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 97,4 milyon,  kimya sənayesi məhsullarının ixracı 76,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46,6 milyon olub.

Bununla yanaşı pambıq ipliyi ixracı 15 milyon, spirtli və spirtsiz içkilərin ixracı 10,9 milyon, şəkər ixracı  21.4 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 22 milyon, çay ixracı 8,5 milyon ABŞ dolları təşkil edib. Beləliklə də 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin ilk 11 ayı ərzində meyvə-tərəvəz ixracı 1,4 faiz, bitki və heyvan mənşəli piylər və yağlar ixracı 33,1 faiz, çay ixracı 0,5 faiz artıb.

Müəllif: Elmir Murad

 

Other news