Ötən ay ən çox məhsulun ixrac olunduğu ölkələr – Siyahı

15:14 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. 2020-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 193,7 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayına istinadən xəbər verir ki, sözügedən dövrdə qeyri-neft sektorunun ümumi ixracda payı 23,4 faiz təşkil edib.

Ötən dövrlə müqayisədə bu rəqəm 9,3 faiz çoxdur. 2020-ci ilin noyabr  ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 50,3 faiz, qeyri-yeyinti sektoru üzrə isə 49,7 faiz təşkil edib. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları üzrə ən çox mal Rusiyaya (77,5 milyon ABŞ dolları), Türkiyəyə (35,1 milyon ABŞ dolları), İsveçrəyə (24,8 milyon ABŞ dolları), Gürcüstana (7,9 milyon ABŞ dolları) və İtaliya (7,3 milyon ABŞ dolları)  ixrac edilib.

 

Other news