Bu tarixlərdə ictimai nəqliyyat işləyəcək

15:21 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Yeni il tətili günlərində 2 yanvar gecə saat 00:00-dan 4 yanvar səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

ABC.AZ Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, 31 dekabr 2020-ci il, eləcə də 1 və 4 yanvar 2021-ci il tarixləri isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərimizin xidmətində olacaq.

Other news