AZAL-ın göstərdiyi xidmətlər azalıb – 3 dəfədən çox

15:34 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında “Azərbaycan Hava Yolları” QSC-nin göstərdiyi xidmətlərin həcmi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın dekabr sayında qeyd olunub.

Sözügedən dövrdə AZAL tərəfindən 6,8 milyon ABŞ dolları dəyərində xidmət göstərilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 milyon ABŞ dolları və yaxud 3,06 dəfə azdır.

 

Other news