Azərbaycan dərman idxalını artırıb - 42 faizdən çox

16:19 - 30.12.2020


30 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 331,2 milyon ABŞ dolları dəyərində 20,6 min ton əczaçılıq məhsulları idxal edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 68,3 milyon dollar (26 %) və 6,1 min ton (42,1 %) çoxdur.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 3,4 %-ni təşkil edib.

 

Other news