Bitcoin 146 min dollara qədər bahalaşacaq – Proqnoz

10:44 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Nüfuzlu investisiya və tanınmış proqnoz şirkətləri Bitcoin-in qiymətinin artacağı ilə bağlı gözləntilərini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən şrkətlər hesab edir ki, məşhur kriptovalyutanın qiyməti 146 min dollara qədər yüksələcək.

Analitiklər bunun səbəbini Bitcoin-in, sərmayə axınlarında qızıl ilə rəqabət aparmasında görür. Belə ki, Bitcoin qızılla rəqabət etdikcə onun qiyməti əhəmiyyətli nisbətdə bahalaşacaq.

Müəllif: Elmir Murad

 

Other news