Sahibkar və müştərilər polis tərəfindən saxlandı – Qaydaları pozublar

11:14 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlanıb.

Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Other news