Sərnişindaşımada qiymət artımı olacaqmı? – BNA-dan açıqlama

11:18 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunu agentliyin Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib: "Bu məsələ hazırda gündəmdə də deyil. Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib".

 

Other news