Əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq – Prezident

16:34 - 5.01.2021


5 yanvar, Fineko/abc.az. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən deyib.

O qeyd edib ki, müxtəlif tədbirlər görülür, proqramlar var: “Ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir”.

 

Other news