Neft Fondunun daşınmaz əmlaka yatırdığı investisiyalar – Siyahı

11:06 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Ötən il sentyabrın 30-dək Neft Fondunun daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi miqdarı 2 milyard 570,4 milyon ABŞ dolları olub.

ABC.AZ xəbər verir ki,  bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinin Rəyində qeyd olunub.

Rəydə qeyd edilib ki, Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 117 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 334,2 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 188,9 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən və dəyəri 57,232 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə investisiya həyata keçirib.

 

Other news