Türkiyədə kriptovalyuta ticarəti artıb – Milyard dolları keçdi

12:36 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Bəzi ölkələrdə kriptovalyuta ticarəti getdikcə artmaqdadır.

ABC.AZ-ın məlumatına görə, bu sırada Türkiyə də var.

Belə ki, Türkiyədə gündəlik kriptovalyuta ticarətinin həcmi 1 milyard dolları keçib.

Bitkoinin ard-arda rekordları təzələməsi onunla ticarətin həcmini də artırıb.

Nəticədə Türkiyənin kriptovalyuta birjasında Yeni İl günlərində əməliyyat həcmi 1 milyard dolları keçib.

Müəllif: Elmir Murad

 

Other news