Müştərilər cərimələndi, sahibkar barədə sənədlər məhkəməyə göndərildi

14:07 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, rayon sakini Ağacəfər Manafovun qanunsuz olaraq şəhər ərazisində yerləşən özünə məxsus çayxananı işlətdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan müştərilərin xüsusi karantin qaydalarını pozduqları müəyyən edilib. A.Manafov və müştərilər Polis Şöbəsinə dəvət olunub.

Karantin qaydalarını pozan müştərilər cərimələniblər, obyekt sahibi barəsində isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

 

Other news