Türkiyədən Azərbaycana ən çox 2 şəhərdən ixrac həyata keçirilib – Hesabat

16:35 - 6.01.2021


6 yanvar, Fineko/abc.az. 2020-ci ildə Türkiyədən Azərbaycana ixtac olunan məhsulların dəyəri bəlli olub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, sözügedən dövrdə Türkiyədən ölkəmizə 1 milyard 854 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Bu, 2019-cu illə müqayisədə 14,2 % çoxdur.

Ötən il Azərbaycana ən çox Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərindən məhsul idxal edilib.

Müvafiq olaraq 1 milyard 56 milyon ABŞ dolları, 217 milyon ABŞ dolları və 79 milyon ABŞ dolları. Bunlar illik müqayisədə müvafiq olaraq 18,2 %, 11,7 % və 20,4 % çoxdur.

 

Other news