ARDNF vəsaitlərin idarə olunmasından bu qədər gəlir əldə edəcək – Proqnoz

11:40 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. 2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin 446,9 milyon ABŞ dolları və ya 759 milyon 717,1 min manat olması proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir.

Sözügedən rəydə qeyd olunub ki, bu da manat ifadəsi ilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2 milyard 866,2 milyon manat və ya 4,8 dəfə az, 2020-ci ilin proqnoz göstəricisindən 369,4 milyon manat və ya 94,6 faiz çox, ötən ilin gözlənilən icra göstəricisindən 798,3 milyon manat və ya 51,2 faiz azdır.

2021-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,09 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin proqnoz göstəricisindən (0,53 faiz) 0,56 faiz çoxdur.

Müəllif: Elmir Murad

 

Other news