ARDNF-in investisiya alətlərində gəlirliliyi 1 faiz ətrafında olacaq – Detallar

11:58 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2021-ci il üçün Dövlət Neft Fondunun (ARDNF) bəzi göstəricilər üzrə proqnozu açıqlanıb.

ABC.AZ Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyinə istinadən xəbər verir ki, Fondun bu il yerləşdirdiyi investisiya alətlərində gəlirliliyi 1 faiz ətrafında olacaq.

Rəydə bunun səbəbi kimi dünya maliyyə bazarlarında borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2021-ci ildə keçən ilə nisbətən daha aşağı olmasının gözlənilməsi ola biləcəyi qeyd olunub.

Daha konkret desək əsas səbəb koronavirus pandemiyasının qlobal iqtisadiyyata təsiri və ölkələrin iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən yumşaq monetar siyasəti çərçivəsində əksər ölkələrin mərkəzi bankları faiz dərəcələrini ötən il ərzində aşağı salması və maliyyə bazarlarında müşahidə olunan qeyri-müəyyənlikləri qeyd etmək olar.

Nəticədə, daha aşağı risk və daha yüksək likvidlik dərəcəsi ilə səciyyələnən istiqrazlara tələbat artaraq yüksək investisiya dərəcəli sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik səviyyələri daha da aşağı düşür.

Müəllif: Elmir Murad

 

Other news