Neftin bahalaşması davam edir, “Brent”in qiyməti bir barelə $54,51 təşkil etdi

10:19 - 8.01.2021


8 yanvar, Fineko/abc.az. Üç ticarətin nəticələrinə görə artım nümayiş etdirdikdən sonra neft qiymətləri cümə günü ticarətində də artmaqda davam edir.

Saat 9:50-də London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in mart fyuçersinin qiyməti barrel başına $0,13 (0,24%), 54,51 dollara yüksəldi. 7 yanvar fyuçerslərinin nəticələrinə görə, Brent-in mart ayına olan fyuçersi $0,08 (0,15%) – bir barelə $54,38-ə yüksəldi.

Saat 9:50-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,14 (0,28%) – bir barelə $50,97 səviyyəsinə yüksəldi. Yanvarın 7-də keçirilən ticarətin nəticələrinə görə WTI-nin fevral ayına olan fyuçersi $0,20 (0,4%) - bir barelə $50,83 qədər bahalaşıb.

 

Other news