Türkiyədə sənaye məhsullarının ixracında rekord - Böyük artım

10:15 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. Türkiyədə sənaye məhsullarının ixracının həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, ötən il sözügedən məhsullarında ixrac rekord həddə çatıb.

Belə ki, təkcə sənaye məhsullarının ixracı 13,3 mlrd. ABŞ dollarından çox olub.

Qeyd olunur ki, dekabrda ölkənin sənaye məhsullarının ixracı noyabr ayına nisbətən 9%, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 15,8% artıb.

İxracda ən yüksək artımı ölkənin müdafiə və aviasiya sənayesi göstərib.

Müəllif: Elmir Murad

 

Other news