Ötən həftə bahalaşan Bitcoin indi də ucuzlaşır

10:26 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. Ötən həftənin əvvəlində sürətlə bahaşan "Bitcoin"in dəyəri son sutka ərzində 13,3% azalıb.

ABC.AZ-ın məlumatına görə, hazırda sözügedən kriptovalyuta 34-35 min ABŞ dolları səviyyəsində ticarət olunur.

Belə ki, "Bitcoin"in kriptovalyuta bazarında dövriyyəsi 653,777 mlrd. dollar təşkil edir.

Qeyd edək ki, son sutka ərzində "Bitcoin"in ən yüksək dəyəri 41 131,87 dollar.

Müəllif: Elmir Murad

Other news