AMB valyuta hərracında banklara $142,2 mln. satıb

12:44 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, yanvarın 12-də keçirilən valyuta hərracında banklara $142,2 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $142,2 mln təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, ortaçəkili məzənnə 1,70 AZN 1 ABŞ dolları təşkil edib.

 

Other news