Karantin qaydalarını pozan çayxana aşkarlandı - 200 manat cərimələndilər

17:16 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Samuxda karantin rejimini pozan çayxana aşkarlanıb.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, rayonun Qarayeri qəsəbəsində gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.

Obyekt sahibi - Bəhruz Həsənov və müştərilər - Səbuhi Musayev, Orxan Quliyev və Orxan Rzayev saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilib.

 

Other news