Neft ucuzlaşır, Brent bir barelə $55,92 təşkil etdi

10:10 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. ABŞ Energetika Nazirliyinin ötən həftə ölkədə neft ehtiyatlarının 3,25 milyon barel azaldılması ilə bağlı məlumatlarına baxmayaraq, cümə axşamı günü ticarətində neftin  etalon markalarının qiymətləri azalır.

“S&P Global Platts” qeyd edir ki, bazar iştirakçıları neft məhsullarına zəif tələbatdan narahatdırlar.

Saat 9:32-də London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in mart fyuçersinin qiyməti bir barrelə $0,14 (0,25%), $55,92 səviyyəsinə düşdü. 13 yanvar ticarət nəticələrinə görə, Brent mart fyuçersləri $0,52 (0,92%) – bir barelə $56,06 qiymətinə düşdü.

Saat 9:32-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin fevral ayına olan fyuçersi $0,07 (0,13%) – barrel başına $52,84 qiymətinə düşüb. Yanvarın 13-də keçirilən hərracların nəticələrinə görə, WTI-nin fevral ayına olan fyuçersi $0,30 (0,56%) - barrel başına $52,91-ə düşüb.

 

Other news