Azərbaycanda Hibrid Elektrik Stansiyası tikilir

11:03 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Naxçıvan muxtar respublikasında gələcək perspektivlər də nəzərə alınaraq yeni günəş və su elektrik stansiyaları inşa olunur.

ABC.AZ xəbər verir ki, artıq bunun sayəsində muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb.

Muxtar respublikada ilk dəfə olaraq Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir.

Burada 3400 ədəd 280 vatt gücündə günəş panellərindən və 5 ədəd 10 kilovat gücündə külək generatorundan, 50 kilovat gücündə 20 günəş və 10 kilovat gücündə olan 5 külək invertorlarından istifadə ediləcək.

Müəllif: Elmir Murad

Other news