AMB valyuta hərracında banklara $100,1 mln. satıb

14:22 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, yanvarın 14-də keçirilmiş valyuta hərracında banklara $100,1 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $100,1 mln təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, ortaçəkili məzənnə 1,70 AZN 1 ABŞ dolları təşkil edib.

 

Other news