Bitcoin yenidən bahalaşdı - 13 faiz

16:10 - 14.01.2021


14 yanvar, Fineko/abc.az. Bitcoin məzənnəsində yenidən artım müşahidə olunmaqdadır.

ABC.AZ-ın məlumatına görə, ən populyar olan kriptovalyuta 38 min dolları keçib.

Bu da 13% artım deməkdir. İqtisadçılar bunu ABŞ-da Trampa qarşı həyata keçirilən ikinci impiçmentlə əlaqələndirir.

Qeyd edək ki, sonuncu dəfə belə bir artım ötən həftə qeydə alınmışdı. Müəllif: Elmir Murad

 

Other news