Yoluxanlar yenə azaldı – Günün statistikası

17:08 - 15.01.2021


15 yanvar, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 494 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son 24 saatda 12 nəfər “COVID-19”dan vəfat edib.

 


Other news