Şəhid ailələrinin mənzil təminatı üçün proqram hazırlanır – Nazir müavini

12:21 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. Şəhid ailələrinin mənzil təminatı üçün bir necə istiqamətdə dəqiqləşdirmələr aparılır.

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

O bildirib ki, bu ay ərzində bununla bağlı konkret proqramlar qəbul ediləcək: “Ölkəmizin gücü imkan verəcək ki, həm I, həm də II Qarabağ müharibəsində şəhid olan şəxslərin ailələri mənzillə təmin edilsin. Hərbi əməliyyatlar bitdikdən sonra da bir çox özəl tərəfdaşlar dəstək proqramlarında iştirak etmək niyyətində olduqlarını bildiriblər. Bu, daha güclü mesajdır ki, biz hamımız birlikdəyik”

 

Other news