Azərbaycan bu məhsulların idxalını azaldıb – Hesabat

12:28 - 18.01.2021


18 yanvar, Fineko/abc.az. 2020-ci ildə Azərbaycana 21 milyon146 min dollarlıq balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları idxal edilib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu mal qrupu üzrə ixrac 1 milyon 289 min dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları üzrə idxal 23 milyon 790 min dollarlıq idxal, 679 min dollarlıq ixrac həyata keçirilmişdi.

Müəllif: Elmir Murad

 

Other news