Qarabağ Dirçəliş Fondu hansı işləri həyata keçirəcək? – Nizamnamə təsdiqləndi

14:52 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Qarabağ Dirçəliş Fondu bərpa və yenidənqurma proqramlarının yerinə yetirilməsi üçün müvafiq təkliflər hazırlayacaq.

ABC.AZ-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Fərmanla təsdiqlənən “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə əksini tapıb.

Qarabağ Dirçəliş Fondunun vəzifələri sırasına bərpa və yenidənqurma proqramını həyata keçirmək məqsədilə vəsait toplanması üçün ölkə daxilində və ölkə xaricində təşviqat işi aparmaq, çevik kommunikasiyalar qurmaqla, işğaldan azad olunmuş ərazilərin dirçəlişi ilə bağlı müvafiq məlumatları ictimaiyyətə çatdırmaq, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə qanunla qadağan olunmayan mənbələr hesabına maliyyə dəstəyi göstərmək və bu işə dövlət orqanlarını (qurumlarını), habelə dövlətə məxsus hüquqi şəxsləri və özəl sektorun nümayəndələrini cəlb etmək aitdir. Bununla yanaşı işğaldan azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını, sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını dəstəkləmə, bərpası və yenidən qurulması nəzərdə tutulan ərazilərdə istehsal və sosial təyinatlı obyektlərin, nəqliyyat infrastrukturunun layihələndirilməsi və inşası üçün müqavilələrin bağlanmasında iştirak etmək və bu kimi işləri həyata keçirmək daxildir.

 

Other news