Hava limanlarının reytinqi açıqlanıb – Siyahı

15:17 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. Dünya hava limanlarının reytinq siyahısı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, pandemiya səbəbilə hava limanlarının sərnişin saylarında ciddi azalma müşahidə olunsa da, İstanbul Hava Limanı 2020-ci ildə Avropa hava limanları arasında 23,4 milyon nəfər sərnişin sayı ilə 1-ci yeri tutub.

Növbəti yerlərdə 22.1 milyon sərnişin ilə "London Heathrow" və "Paris Charles de Gaulle" hava limanları gəlir. "Amsterdam Schiphol" Hava limanı isə 20.9 milyon ilə 4-cü, Almaniyadakı Frankfurt Hava Limanı isə 18.8 milyon sərnişin ilə 5-ci yeri tutub.

Müəllif: Elmir Murad

Other news