“Azərbaycan Sənaye Bank”-nın xalis mənfəəti kəskin azalıb – Hesabat

17:21 - 19.01.2021


19 yanvar, Fineko/abc.az. “Azərbaycan Sənaye Bank” ASC 2020-ci ilin maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, sözügedən dövrü Bank 5 milyon184 min manat xalis mənfəət ilə başa vursa da, bu ötən illə müqayisədə azdır.

Belə ki, 2019-cu ildə “Azərbaycan Sənaye Bank”nın xalis mənfəəti 7 milyon 688 min manat olmuşdu.

Bu isə onu göstərir ki, Bankın xalis mənfəəti ötən il 2 milyon 504 min manat və ya 32,6% azalıb.

Müəllif: Elmir Murad

 

Other news