Ötən il Azərbaycana ən çox bu ölkələrdən gəliblər – Siyahı

11:30 - 22.01.2021


22 yanvar, Fineko/abc.az. Ötən il Azərbaycana 155 ölkədən 795,700 nəfər gəlib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, ötən il Azərbaycana səfər edənlərin arasında 28,3% Rusiya, 23,2% Gürcüstan, 20,2% Türkiyə, 9,1% İran, 2,1% Ukrayna, 1,6% Hindistan, 1,5% Səudiyyə Ərəbistanı, 1,1% Qazaxıstan, hər biri  1,0% olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər biri% 0,9 - Küveyt və İngiltərə, 0,8%  - Belarus, hər bir 0,7% - Özbəkistan və İraq, 0,5%  - İsrail, hər biri 0,4% - Almaniya və İtaliya, 4,5% - digər ölkələrin vətəndaşları və 0,1% - vətəndaşlığı olmayan şəxslər yer alır. Azalmaya səbəb göstəricilərin kəskin azalmasına səbəb koronavirus pandemiyasıdır.

Koronavirus pandemiyası, eyni zamanda, xarici turizm statistikasında da ciddi təsir göstərib. 2020-ci ildə İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstan - 5,2 dəfə, Rusiyaya - 4,5 dəfə, Türkiyəyə - 3,3 dəfə azalıb.

 

Other news