Neft bahalaşır, Brent barrel başına $55,41 təşkil edir

09:58 - 1.02.2021


1 fevral, Fineko/abc.az. Bazar ertəsi, OPEC+ ölkələrinin hasilatın məhdudlaşdırılması haqqında sazişin şərtlərininin ciddi şəkildə yerinə yetirildiyi xəbərlər fonunda neft qiymətləri artır.

Bloomberg agentliyinin məlumatına görə, yanvar ayında sazişin yerinə yetirilməsi OPEC+ dövlətləri tərəfindən 99% səviyyəsində qiymətləndirilir.

Saat 9:20-də, London ICE Futures birjasında keçirilən ticarət zamanı, Brent-in aprel fyuçersinin qiyməti barrel başına $0,37 (0,67%), $55,41-ə yüksəldi. Yanvarın 29-da keçirilmiş  hərracların nəticələrinə görə, aprel ayında Brent fyuçersinin qiyməti 0,13 (0,24%) - barrel başına $55,04-ə düşüb.

Saat 9:20-də, Nyu-York əmtəə birjasında (NYMEX) keçirilən ticarətdə WTI markalı neftin mart fyuçersi $0,27 (0,52%) – bir barelə $52,47-ə yüksəldi. Yanvarın 29-da keçirilən hərracların nəticələrinə görə WTI-nin mart ayına olan fyuçersi $0,14 (0,27%) - bir barelə $52,20 qədər düşüb.

Ötən həftə Brent markalı neftin qiyməti 0,9% bahalaşıb, WTI  0,1% ucuzlaşıb. Yanvar ayında Brent qiyməti 7,9%, WTI-nin qiyməti isə 7,6% artıb.

 

Other news