Neft bahalaşır, Brent bir barelə $56,91 təşkil edir

09:58 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Bəzi OPEC+ ölkələri tərəfindən fevral ayından etibarən hasilatın azalması ilə bağlı xəbərlər fonunda neft qiymətləri çərşənbə axşamı artmaqdadır.

Səudiyyə Ərəbistanı və bir sıra OPEC+ ölkələri fevral ayından neft hasilatını sutkada 1,425 mln.barrel azaldacaq ki, bu da dünya üzrə neft tələbatının 1,5%-ni təşkil edir. Bloomberg'in məlumatına görə, yanvar ayında OPEC+ əməliyyatının icrası 99% təşkil etmişdir.

Saat 9:25-də London ICE Futures birjasında keçirilən ticarətdə, Brent-in aprel fyuçersinin qiyməti barrel başına $0,56 (0,99%) – $56,91-ə yüksəldi. 1 fevral ticarət nəticələrinə görə, Brent-in aprel fyuçersi $1,31 (2,38%) – bir barelə $56,35-a yüksəldi.

Saat 9:25-də, Nyu-York ticarət birjasında (NYMEX) keçirilən ticarətdə WTI markalı neftin mart fyuçersi $0,57 (1,06%) – barel başına $54,12-ə qədər artıb. Fevralın 1-də keçirilən ticarətin nəticələrinə görə WTI markalı neftin mart fyuçersi $1,35 (2,59%) – bir barelə $53,55 qədər yüksəldi.

 

Other news