Bu yollarda sürət həddi aşağı salındı - Siyahı

10:35 - 5.02.2021


5 fevral, Fineko/abc.az. Gecə saatlarından başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saata endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) ABC.AZ-a daxil olan məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Sürücülərə ehtiyatlı olmalarını, meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik", - deyə BNA sürücülərə müraciətində bildirib.

 

Other news