BVB-də əməliyyatlar bu valyutalarda aparılıb

17:40 - 18.02.2021


18 fevral, Fineko/abc.az. İl ərzində Banklararası Valyuta Bazarında (BVB) əməliyyatların 99.5%-i ABŞ dollarında, 0.5%-i avroda aparılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

Bankdaxili Valyuta Bazarında (BDVB) valyuta əməliyyatlarının həcmi 16.9 milyard dollar ekvivalentində olub ki, bunun da 79.7%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir.

BDVB-də valyuta əməliyyatlarının 94.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

 

Other news