Azərbaycan MB növbəti depozit hərracını keçirəcək

17:06 - 1.03.2018


1 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracının keçirilməsi haqqında elan edib.

AMB-dan verilən məlumata görə, hərrac bazar ertəsi,  5 mart 2018-ci il tarixində keçiriləcək.

“Hərrac vasitəsi ilə, 8,01%-12,99%  dərəcəsi ilə 250 milyon manata qədər vəsaitin cəlb edilməsi planlaşdırılır. Vəsaitlərin cəlb edilməsi müddəti 14 gündür”, - məlumatda belə deyilir.

AMB-in depozit hərracı “Bloomberg” ticarət platformasında keçirilir. Hərraclar 2016-cı ilin 13 iyun tarixindən keçirilir.

 

Other news