AGBank-dan qadınlara özəl kampaniya

12:09 - 2.03.2018


Bankın Visa Gold və MC Gold kartlarını 50 % endirimlə əldə edə bilərsiniz

Ölkənin aparıcı banklarından AGBank 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınlara özəl kampaniyaya başlayır. Mart ayının 5-dən 9-dək davam edəcək kampaniya çərçivəsində AGBank-ın Visa Gold  və MC Gold kartları qadınlara 50 % endirimlə təqdim olunacaq. Məlumat üçün bildirək ki, AGBank-ın Gold tipli ödəniş kartları Premium kartlar növünə aiddir. Bu kartlar geniş çeşidli, yüksək səviyyəli xidmətlər təklif etməklə yanaşı cəmiyyətdə yüksək status və mövqenizdən söz açacaq.  

Kampaniyadan yararlanma üçün sözügedən tarixdə AGBankın istənilən filalına yaxınlaşmaq lazımdı. Bankın məhsul, xidmətləri və kampaniyaları barədə daha ətraflı məlumat almaq üçün www.agbank.az saytına, 135 Sorğu Mərkəzinə və ya Bankın sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
AGBank! Zəngin olmaq –haqqınızdır.

 


Other news