Prezident şəhid ailələrinə mənzillər verilməsində iştirak edib

14:35 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Qeyd olunub k, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib.

Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşüb.

 

Other news