Laçın və Zəngilanda da aeroport tikintisinə dair planlarımız var - İlham Əliyev

11:50 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Füzuli aeroportundan danışarkən qeyd edib ki, aeroportdan Şuşaya iki yol çəkilir: “Onlardan biri mənim göstərişimlə “Zəfər yolu” adlandırılıb. Bu, o yoldur ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri meşələrdən və dərədən keçərək Şuşaya doğru hərəkət ediblər. İkinci yol isə daha aşağıda yerləşəcək, həmçinin aeroportdan birbaşa nəqliyyat imkanı yaranacaq. Bizim aeroport tikintisi ilə bağlı planlarımız təkcə Füzuli ilə bitmir. Həmçinin Laçın və Zəngilan rayonlarında aeroport tikintisinə dair planlarımız var. Nəzərə alaq ki, Zəngilan çox vacib logistik mərkəzə çevriləcək. Bilirsiniz ki, 10 noyabr bəyanatının əsas maddələrindən biri Ermənistan ərazisi üzərindən Naxçıvan dəhlizinin açılmasıdır. Hansı ki, Azərbaycanı Naxçıvan MR və Türkiyə ilə bağlayacaq”.

 

Other news