330x110
 

Qarabağın qurulmasına dost ölkələrin şirkətləri cəlb ediləcək - İlham Əliyev

26.02.2021,12:19


26 fevral, Fineko/abc.az. Qarabağın bərpasına Rusiya şirkətləri də cəlb ediləcək.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

"Mən bildirmişəm ki, Qarabağın yenidən qurulmasına dost ölkələrin şirkətləri cəlb ediləcəkdir. Rusiya da dost ölkə olduğundan, Rusiya şirkətləri də bərpa işlərinə cəlb ediləcək. Ərazi çox böyükdür, bütün dost ölkələrin şirkətlərinə iş olacaqd", - İlham Əliyev deyib.