Prezidentdən Qarabağda rus dilindən istifadə ediləcəyi xəbərinə münasibət

17:13 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Qarabağda Rus dilinin istifadə ediləcəyi barədə məlumatlar manipulyasiyadır.

ABC.AZ-ın məlumatına görə, bunu  Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağı hər kəs Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

"Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir. Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz", - İlham Əliyev deyib.

 

Other news