Neft ucuzlaşır, Brentin bir bareli $62,74-dir

10:19 - 2.03.2021


2 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti çərşənbə axşamı ABŞ dollarının möhkəmlənməsi fonunda azalır.

ICE Dollar indeksinə görə, dolların qiyməti altı əsas dünya valyutasına nisbətən 0,2% artır.

Saat 9:50 üçün London ICE Futures birjasında ticarət zamanı Brentin may  fyuçersinin qiyməti barrel başına $0.95 (1,49%), $62,74-a düşdü. 1 mart ticarət nəticələrinə görə, Brentin may fyuçersinin qiyməti $0,73 (1,13%) – bir barel üçün $63,69-a düşdü.

Saat 9:50 üçün Nyu-York əmtəə birjasında (NYMEX) WTI aprel  fyuçersinin qiyməti $0,91 (1,50%) – barrel başına $59,73-ə düşdü. Martın 1–də hərracların nəticələrinə görə, aprel ayına olan fyuçers $0,86 (1,40%) - bir barel üçün $60,64-ə düşdü.

 

Other news