Reytinq şirkətindən Azərbaycanla bağlı müsbət proqnoz – 4 faiz artım olacaq

11:11 - 3.03.2021


3 mart, Fineko/abc.az. "Moody's Investors Service" şirkəti bu il Azərbaycan iqtisadiyyatının təxminən 4% artacağını proqnozlaşdırır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu proqnoz əsas beynəlxalq təşkilatların və beynəlxalq kredit agentliklərinin gözləntilərindən daha yüksəkdir.

Qeyd edək ki, "S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı 1,9%, Birləşmiş Millətlər Təşkilatı isə 2% artacağını proqnozlaşdırır.

2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb.

 

Other news