Gömrük Komitəsində yoxlama aparılıb? – Açıqlama

14:14 - 4.03.2021


4 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirdiyi mətbuat konfransı keçirərək bir sıra məsələlərə aydınlıq gətirib.

ABC.AZ-ın məlumatına görə, o sosial şəbəkələrdə komitədə aparılmış yoxlamalarla bağlı iddialara münasibət bildirib.

O qeyd edib ki, bu həqiqətə uyğun deyil:

“Bunun heç bir kökü yoxdur. Heç bir hüquq-mühafizə orqanı komitədə yoxlama aparmayıb. Guya 700 milyon kəsir hesablanıb. Bu, kiminsə siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi. Biz zavod, fabrik deyilik ki, kəsirimiz olsun. Mən nəticələri təqdim etdim. Bunu görmürlərsə, kordurlar".

 

Other news