Sığorta sektorunun aktivləri 4 faizdən çox azalıb - Hesabat

17:31 - 9.03.2021


9 mart, Fineko/abc.az. 2020-ci ilin sonuna Azərbaycanın sığorta sektorunun aktivləri 1 339,5 milyon manat təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, 2019-cu ilin sonu ilə müqayisədə 4,15% azdır.

Azalma “AXA Mbask” Sığorta Şirkəti və “Amrah Sığorta” ASC-lərinin sığorta bazarını könüllü şəkildə tərk etməsi, “Standard Insurance” Sığorta Şirkəti ASC-nin isə bazardan məcburi şəkildə kənarlaşdırılması ilə bağlıdır.

 

 

Other news