Bakıda daha bir dairə ləğv olundu – Foto

14:14 - 11.03.2021


11 mart, Fineko/abc.az. Yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Suraxanı rayonu, 14 iyul küçəsinin Məşədi Əzizbəyov və Xanlar Ələkbərov küçələri ilə kəsişməsində nişanlanma xətləri ilə çəkilmiş dairə ləğv edilərək svetoforlar vasitəsilə nizamlanan yol kəsişməsi təşkil edilib.

BNA-dan ABC.AZ-a verilən məlumata görə, nəticədə hərəkət növbəliliyi təmin edilib, təhlükəsizlik səviyyəsi artırılıb, əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

 


Other news